"Real"ın hücumçuları 5 oyundur qol vurmur

"Real"ın hücumçuları 5 oyundur qol vurmur
DÜNYA FUTBOLU 27 Yanvar 2020 / 12:20 3825
-  A +

İspaniya La Liqasının 21-ci turunda “Valyadolid”i məğlub edən (1:0) “Real”ın hücumçuları üçün uğursuz statistika qeydə alınıb.

Qol.az xəbər verir ki, son dörd oyunda olduğu kimi, bu dəfə də qolu hücumçu vurmayıb. Müdafiəçi Naço rəqib qapısına yol tapıb.

Son beş oyunda vurulan 6 qolun heç birində hücumçuların imzası yoxdur. Bu oyuna qədər yarımmüdafiəçi Kazemiro və müdafiəçi Rafael Varan 2, digər yarımmüdafiəçi Luka Modriç isə bir qol vurub.

Xatırladaq ki, “Real” qələbə sayəsində xalını 46-a çatdıraraq La Liqasnın vahid lideri olub.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı