"Kordoba"ya ödəməli olduğum 8 mini "Qarabağ" verdi" - Ovusudan sərt ittihamlar

"Kordoba"ya ödəməli olduğum 8 mini "Qarabağ" verdi" -  Ovusudan sərt ittihamlar
ÖLKƏ FUTBOLU 27 Yanvar 2020 / 11:00 8751
-  A +

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena icarə əsasında çıxış etdiyi keçmiş klubu "Kordoba"nın baş məşqçi Raul Aqneni ittiham edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qanalı hücumçu yazdığı vida məktubunda Sequnda təmsilçisindən ayrılmağında Aqnenin günahı olduğunu deyib:

"Mən elə bir baş məşqçi tanımıram ki, ona hər şeyini verən oyunçu barədə belə fikirlər səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın. "Rekreativo" ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi".

Ovusu "Kordoba"nın idman direktoru Alfonso Serrano barədə də sərt fikirlər bildirib: "Avropa Liqası və Çempionlar Liqasının qruplarında oynayan klubdan, "Qarabağ"dan təklif gəldi. Onlar "Leqanes"lə razılığa gəldikdən sonra mənimlə əlaqə saxladılar. Ancaq həmin vaxt Serrano mənə fikirlərini dəyişdiklərini bildirdi. Söylədi ki, Aqne yeni oyunçu alınana qədər səni buraxmaq istəmir. Halbuki "Kordoba" rəhbərliyi həm "Leqanes", həm də "Qarabağ"a transferlə bağlı razılıq vermişdi.

Ancaq mən idman direktorunun "yox" deməsinə baxmayaraq, bazar günü düşərgəni tərk etdim. Çünki mənimlə danışmayan məşqçi ilə işləmək ağır idi. "Kordoba"ya ödəməli olduğum 8 min avronu "Qarabağ" verdi".

Xatırladaq ki, Ovusu Kvabena "Qarabağ"la 3,5 illik müqavilə bağlayıb.

Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı