Mançester klubları 1/8 finalda, "Liverpul" isə...

Mançester klubları 1/8 finalda, "Liverpul" isə...
DÜNYA FUTBOLU 27 Yanvar 2020 / 00:37 6594
-  A +

İngiltərə kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.

Qol.az xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.“Mançester Siti” “Fulhem”i, “Mançester Yunayted” isə “Tranmir”i darmadağın etməklə növbəti mərhələyə yüksəlib. Səfərdə “Şrusberi Taun”la qarşılaşan “Liverpul” isə 2:2 hesablı heç-heçə edib. Yurgen Kloppun komandası növbəti mərhələyə yüksəlmək üçün bu rəqiblə təkrar oyun keçirməli olacaq.

26 yanvar

"Mançester Siti" – "Fulhem" - 4:0
Qollar
: Gündoğan, 8-pen, Silva, 19, Jezus, 72, 75

"Tranmir" – "Mançester Yunayted" - 0:6
Qollar
: Maquayr, 10, Dalot, 13, Linqard, 16, Fil Cons, 41, Martial, 45, Qrinvud, 56-pen

"Şrusberi Taun" – "Liverpul" - 2:2
Qollar:
Kertis Cons, 15 (0:1), Lav, 46-avtoqol (0:2), Kamminqs, 65-pen (1:2), 75 (2:2)


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı