Məşhur basketbolçu helikopter qəzasında öldü - Şəkil

Məşhur basketbolçu helikopter qəzasında öldü - Şəkil
XƏBƏR 27 Yanvar 2020 / 00:06 6046
-  A +

Dünyaca məşhur basketbolçu Kobe Brayant helikopter qəzası nəticəsində dünyasını dəyişib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Kaliforniyada baş verib.

Ehtimala görə, qəzaya düşən "Sikorsky S-76" tipli helikopterin içində "Los Angeles Lakers"in əfsanəsinin qızı Gianna da daxil olmaqla, üç sərnişin və pilot olub. Onlardan heç biri sağ qalmayıb.

Qeyd edək ki, "Black Mamba" ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.

Bizi Feysbukda da izləyin!






Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı