“Təlim-məşq toplanışı ümumilikdə planlaşdırdığımız kimi keçdi. Nəzərdə tutulduğu kimi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Sevindirici odur ki, bu matçlarda bütün oyunçulara şans verdik".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisis Elmar Baxşıyev Antalya toplanışı çərçivəsində Rumıniyanın "Konkordiya" klubu ilə yoxlama matçından (2:2) sonra deyib.
O, klubun rəsmi saytına açıqlamasında təlim-məşq toplanışını dəyərləndirib: "Hər futbolçu şans qazanaraq oyun ritminə qoşuldu. Qarşıda bizi çempionatda marafon gözləyir. Günü-gündən komandanın daha keyfiyyətli olduğunu məşqlərdə hiss edirik. Bugünkü matçda da bunun şahidi olduq. Görüşdə müsbət məqamlar çox idi. Müəyyən çatışmazlıq da var. Onu da yaxın gələcəkdə aradan qaldıracağıq. İndidən bütün fikrimizin XV turun “Keşlə”yə qarşı oyunu ilə bağlı olduğunu demək olmaz. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər