"Barselona" 17 yaşlı dünya çempionunu alır

"Barselona" 17 yaşlı dünya çempionunu alır
XƏBƏR 25 Yanvar 2020 / 16:26 3901
-  A +

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu "Koritiba"nım 17 yaşlı müdafiəçisi Yan Kouto ilə razılaşıb. La Liqa təmsilçisi braziliyalı futbolçu üçün 5 milyon avro xərcləməli olacaq. Lakin o, 18 yaşı tamam olanadək "Koritiba"da çıxış etməli olacaq.

Qeyd edək ki, J.Kouto milli komandanın heyətində  noyabr ayında keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki