"Liverpul" özünü yenilməz hiss edə bilməz" - Van Deyk

"Liverpul" özünü yenilməz hiss edə bilməz" - Van Deyk
XƏBƏR 25 Yanvar 2020 / 15:55 2609
-  A +

"Liverpul"un futbolçusu Vircil van Deyk komandasının durumu haqqında danışıb.

Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandada vəziyyət yaxşı olsa da, arxayınlaşmamalı olduqlarını deyib: "Özümüzü yenilməz hiss edə bilmərik. Hər şey ola bilər. "Vulverhempton"la matçda (2:1) çətinlik çəkdik. Onlar 2-ci qolu vura bilərdilər. Çox işləməyə davam etməliyik. Biz yalnız irəliləməyə çalışırıq. Nəhayət işlər yaxşı gedir. Hər kəs özünü yaxşı hiss edir".

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 67 xalla liderdir. "Mançester Siti" 51 xalla 2-ci, "Lester" isə 48-xalla 3-cü yeri tutur.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı