"Sumqayıt" "Şaxtyor"a 4 qolla qalib gəldi

"Sumqayıt" "Şaxtyor"a 4 qolla qalib gəldi
ÖLKƏ FUTBOLU 25 Yanvar 2020 / 19:52 6745
-  A +

"Sumqayıt" bu gün Antalyada son yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın "Şaxtyor" komandası ilə görüşüb və 4:2 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Amil Yunanov dubl edib (49, 62). Digər qolları isə Əmir Ağayev (27) və Rəhim Sadıxov (59) vurub.

Qeyd edək ki, Ayxan Abbasovun kollektivi bunadək 3 yoxlama oyununa çıxıb. Macarıstan  "Kaposvar"ına 3:4 hesabı ilə məğlub olan "Sumqayıt"  Rumınyanın "Politexnik"i ilə 1:1 hesablı heç-heçə razılaşıb və  Polşa"nın "Arka" komandasını 1:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki