Mourinyo jurnalisti ələ saldı

Mourinyo jurnalisti ələ saldı
XƏBƏR 25 Yanvar 2020 / 11:14 3066
-  A +

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Sky Sports”un jurnalisti Qari Kotterillanı ələ salıb.

Qol.az xəbər verir ki, “Norviç”lə oyundan sonra Joze media nümayəndəsindən soruşub: “Bruno Fernandeş “Mançester Yunayted”ə keçir? Siz ki Lissabonda olmusunuz. Keçir, ya keçmir?”

Jurnalist bu suala əminliklə cavab verə bilməyib. Sonra Joze bir daha soruşub: “Bruno “MY”yə tranfsfer olur, ya yox?” Bundan sonra jurnalist “yox” deyib.

Qeyd edək ki, “Sky Sport” “Sportinq”li Fernandeşin “MY”yə transfer ediləcəyi haqda məlumat yayıb. Lakin son xəbərə görə, futbolçunun yüksək qiyməti səbəbindən ingilislər bu transferdən imtina ediblər.


Son xəbərlər