"Qarabağ" bu gün iki oyuna çıxır

"Qarabağ" bu gün iki oyuna çıxır
ÖLKƏ FUTBOLU 25 Yanvar 2020 / 10:20 2994
-  A +

Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün 2  yoxlama oyununa çıxacaq.

Qol.az xəbər verir ki, Qurban Qurbanovun kollektivi əvvəlcə Çexiyanın "Siqma" komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 12:30-da start götürəcək.

Ağdam təmsilçisi 2-ci yoxlama görüşündə sabiq futbolçusu Jakub Jezniçakın hazırkı komandası olan Polşanın "Visla"sı ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18:30-da başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib.  Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə  üstələyib- 1:0.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord