"O, dəli kimi mübarizə apardı" - Klopp

"O, dəli kimi mübarizə apardı" - Klopp
DÜNYA FUTBOLU 24 Yanvar 2020 / 21:28 6057
-  A +

"Liverpul"un baş məşqçisi Yürgen Klopp yeni transferləri Takumi Minaminonun İngiltərə Premyer Liqasının 24-cü turunda "Vulverhemptan"la matçdakı (2:1) çıxışı şərh edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, ölkə çempionatında ilk dəfə oynayan yapon yarımmüdafiəçi ilə bağlı deyib:

"O, gözlədiyimizdən də yaxşı oynadı.Ötən gecə Takumi üçün böyük bir addım oldu. Sən yeni oyunçusan və bu cür döyüşə daxil olursan. Mən təkcə bacarıqları deyil, xarakteri də nəzərdə tuturam. O, dəli kimi mübarizə apardı, çoxlu epizodda iştirak etdi. Onun üçün super başlanğıc idi".

Qeyd edək ki, 24 yaşlı T.Minamino 33-cü dəqiqədə Sadio Manenin əvəzinə meydana daxil olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı