"Mançester Yunayted" cərimələndi - Oyunçuların hərəkətinə görə

"Mançester Yunayted" cərimələndi - Oyunçuların hərəkətinə görə
DÜNYA FUTBOLU 24 Yanvar 2020 / 18:59 2749
-  A +

İngiltərə Futbol Assosiasiyası "Mançester Yunayted"i 20 min funt sterlinq məbləğində cərimələyib.

Qol.az "Sky Sports"a istinadən yaydığı xəbərə görə, buna komandanın futbolçularının Premyer Liqanın 23-cü turunda "Liverpul"la matçda etdiyi hərəkət səbəb olub. Oyunçuların sakit davranış sərgiləmədiyi bildirilib.

Belə ki, "Liverpul"un futbolçusu Roberto Firminonun birinci hissədə vurduğu qoldan sonra "qırmızı şeytanlar"ın oyunçular görüşün hakimi Kreyq Pousonu mühasirəyə alıblar. R.Firminonun sonra qolu ləğv olunub.

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı