"Çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik” - Tərlan Əhmədov

"Çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik” -  Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 24 Yanvar 2020 / 17:35 1676
-  A +

“Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün, əvvəlki iki matçdan fərqli olaraq daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq".

Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya bölgəsində Slovakiya “Zemplin"i ilə 1:1 hesablı heç-heçə etdikləri son yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə deyib.

“Arsenal”la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi.

Bakıya qayıtdıqdan 2 gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik” - deyə o bildirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı