"Komandanın qarşısına konkret məqsəd qoyulub" - Joze Alesio

"Komandanın qarşısına konkret məqsəd qoyulub" -  Joze Alesio
XƏBƏR 23 Yanvar 2020 / 01:10 2031
-  A +

“Bu gün oyuna daha yaxşı köklənmişdik. Çünki dünən keçirdiyimiz ilk matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik".

Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra deyib.

Braziliyalı mütəxəssis 4:3 hesablı qələbəni belə şərh edib: "Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı