"Beyl dünyanın ən yaxşılarından biridir"

"Beyl dünyanın ən yaxşılarından biridir"
XƏBƏR 22 Yanvar 2020 / 20:19 3648
-  A +

"Real"ın futbolçusu Qaret Beylin meneceri Conatan Barnett oyunçunun icarəyə göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, 30 yaşlı uelsli yarımmüdafiəçinin  "kral klubu"ndan ayrılmaq fikrində olmadığını söyləyib: "O, dünyanın ən yaxşı oyunçularından biridir. Niyə icarə üçün hər yerə getməlidir? Bu, sadəcə gülüncdür. Hər şey dəyişə bilər, lakin onun icarəyə göndərilməsi cəfəngiyatdır. Beyl bu komandada xoşbəxtdir. Ümid edirəm ki, "Real"la bir neçə kubok qazanacaq".

Qeyd edək ki, 2013-cü ildən Madrid təmsilçisinin formasını geyinən Q.Beyl bu mövsüm La Liqada 12 matça çıxaraq 2 qol vurub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı