Volkovdan ilk, “Zirə”dən 40-cı qol, Qadze 5-ə çatdı

Volkovdan ilk, “Zirə”dən 40-cı qol, Qadze 5-ə çatdı
XƏBƏR 22 Yanvar 2020 / 01:42 1796
-  A +

“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının son oyununda Serbiya təmsilçisi “Napredak”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmada hesabı açan Riçard Qadze komandanın beynəlxalq yoxlama oyunlarında 5-ci dəfə fərqlənib. O, “Zirə”nin Türkiyədə xarici klublara qarşı keçirdiyi matçlardakı ən yaxşı bombardiridir.

“Napredak”la görüşdə 2-ci qola imza atan Davit Volkov isə “Zirə”də ilk dəfə fərqlənib. Qol hesabını açan gürcüstanlı “qartallar”ın bu matçlarda rəqib qapısına yol tapan 27-ci futbolçusudur. Daha bir dəfə rəqib avtoqolu qeydə alınıb.

Volkovun qolu həm də komandanın beynəlxalq yoxlama oyunlarındakı yubiley – 40-cı qoludur. 29 matçda bu qədər qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,38-ə bərabərdir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı