"Komandada irəliləyiş hiss olunur" - Ayxan Abbasov

"Komandada irəliləyiş hiss olunur" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 21 Yanvar 2020 / 18:45 1591
-  A +

"Komandada irəliləyiş olduğu hiss olunurdu. Rəqibimiz də fiziki cəhətdən yaxşı komanda idi. Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalya toplanışı çərçivəsində Polşanın "Arka" klubuna qalib gəldikləri oyundan sonra deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 1:0 hesablı qələbəni belə şərh edib: "Ümumən, uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm".

Daha çox


Son xəbərlər