Prezident kluba verilən cərimənin azarkeşlərin ödəməyini istədi

Prezident kluba verilən cərimənin azarkeşlərin ödəməyini istədi
XƏBƏR 21 Yanvar 2020 / 16:18 3126
-  A +

UEFA "Latsio"nu 50 min avro məbləğində cərimələyib.

Qol.az "Corriere dello Sports"a istinadən xəbər verir ki, buna  İtaliya təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsində  "Renn"lə oyunda (2:1) "Roma salamı" verərək, irqçiliyə dair şüarlar səsləndirməsi olub.

Klub prezidenti Klaudio Lotito isə həmin məbləği azarkeşlərə ödətdirmək fikrindədir. O, bununla bağlı baş verənlərdə təqsirkar bilinən 16 azarkeşə məktub göndərib.

Məktubda həmin azarkeşlər 3 min avro məbləğində pul ödəməyə dəvət edilib. Bundan başqa, onlar 3 oyunluq stadiondan uzaqlaşdırılıb.


Son xəbərlər