"Qarabağ"ın oyunu 18:00-da

"Qarabağ"ın oyunu 18:00-da
XƏBƏR 21 Yanvar 2020 / 15:23 3357
-  A +

Antalyada təlim-məşq toplanışında olan"Qarabağ"ın ikinci yoxlama oyununun başlama saatı açıqlanıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Qazaxıstanın yüksək liqa təmsilçisi "Jetisu"  ilə görüş sabah Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə "Akademiya Klinçeni" (Rumıniya) ilə bərabərə qalıb - 2:2.

Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər