"Qarabağ"ın futbolçusu İtaliya klubunda?

"Qarabağ"ın futbolçusu İtaliya klubunda?
ÖLKƏ FUTBOLU 21 Yanvar 2020 / 09:45 8293
-  A +

"Qarabağ"ın futbolçusu Faysal Rerras Ağdam klubundan ayrıla bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" belçikalı müdafiəçini transfer etmək istəyir.

Bildirilir ki, hazırda B Seriyasının lideri sürpriz olmayacağı təqdirdə, növbəti mövsümdən A Seriyasında çıxış edəcək. Komanda buna görə yeni mövsüm üçün heyətinə yeni futbolçular cəlb etməyi düşünür.

Xəbərdə 26 yaşlı oyunçunun "Qarabağ"la müqaviləsinin iyunda başa çatacağı vurğulanıb. Ağdam təmsilçisinin  müqaviləni daha bir il uzatmaq imkanı olsa da, klubun bu hüquqdan yararlanmağı planlaşdırmadığı bildirilib. Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunub.

Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq