Füzuli Məmmədov "Dinamo"ya məğlubiyyəti şərh etdi

Füzuli Məmmədov "Dinamo"ya məğlubiyyəti şərh etdi
ÖLKƏ FUTBOLU 20 Yanvar 2020 / 21:16 4007
-  A +

"İlk oyunum idi və bilirdik ki, çətin olacaq. Çünki güclü komandayla görüşürdük. Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Ümumən matçdan razıyam. Əlbəttə, irəlidə məqşlərimiz var, təlim-məşq toplanışımız davam edir, durmadan çalışacağıq. Təbii ki, səhvlərimiz var və bunun üzərində çalışacağıq. Səhvləri aradan qaldırmaq yönündə maksimum səy göstərəcəyik".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müvəqqəti baş məşqçi Füzuli Məmmədov Antalyada təlim-məşq toplanışı çərçivəsində Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

O, Emin Mahmudovla Namiq Ələsgərov oyunun sonunda yorğun görünməsi ilə bağlı bunları bildirib: "Belə deməzdim. Düşünmürəm ki, yorğun, ağır görünürdülər. Sadəcə, bilirsiniz, Emin meydanda kimdir, vəzifəsi nədir. Eyni şey Namiqə də aiddir. Deyərdim ki, ən yaxşı oyunlarından birini göstərdilər. Onu nəzərə alın ki, təlim-məşq toplanışındayıq, ağır məşqlər gedir. Futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Gördünüz ki, rəqib hər hissə iki tam fərqli heyətlə oynadı, daha gümrah idi. Bizim futbolçular xarakter göstərdilər. Bunu görmək istəyirdim ki, yorğun olduqları təqdirdə xarakter göstərərək sonadək oynasınlar. Deyərdim ki, Namiq çox yaxşı görünürdü. Emin də komandamızın "beyni"dir.

 
O, "Neftçi"nin bu oyunda  yerlə ötürmələr verməsinin təsadüf olmadığını söyləyib: "Çünki bizdə futbolçuların hamısı keyfiyyətlidir. Onlar başa düşürlər ki, hansı epizodda necə ötürmələr edəcəklər. Bilirdik ki, bizə qarşı oynayan rəqiblərdə atletik, fiziki hazırlıqlı, hündürboy futbolçulardır. Bu üzdən ötürmələri Dabonun, Namiqin qarşısına yerlə etdik ki, qol vurmaq imkanımız olsun. Bu, futboldur, hər epizodun özünün tələbləri var. Amma əlbəttə ki, hələ bunların üzərində çalışacağıq. Bizdə elə olmayacaq ki, təsadüfən hücumlar olsun. Hər şey, müdafiəmiz də, hücumumuz da taktiki cəhətdən düşünülmüş olacaq.

 
F.Məmmədov Roberto Bordinin istefaya göndərilməsi komandaya təsir edib-etməyəcəyi ilə bağlı sualı isə  belə cavablandırıb: "İnşallah, qarşıda zaman var. Oyunumuzu daha yaxşı etməyə çalışacağıq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı