"Məqsədimiz çempionatı ikinci yerdə bitirməkdir" - Qvardiola

"Məqsədimiz çempionatı ikinci yerdə bitirməkdir" - Qvardiola
DÜNYA FUTBOLU 20 Yanvar 2020 / 19:38 3135
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bu mövsüm Premyer Liqasının qalibi olmaq şanslarının olmadığını düşünür.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.  İspan mütəxəssis ikinci yer uğrunda oynadıqlarını bildirib: "Lider "Liverpul" həm oyun, həm də nəticə baxımdan əla işlər görür. Bizim məqsədimiz çempionatı ikinci pillədə bitirmək və Çempionlar Liqasına vəsiqə qazanmaqdır.Səviyyəmizi qorumalıyıq. Problemlərimiz var, çox qol buraxırıq və xal itiririr. Ancaq yenə də "Liverpul"dan qol çox vururuq. Hər gün oyunumuzu necə yaxşılaşdıracağımız barədə düşünürəm".

Qeyd edək ki, 48 xalı olan "Mançester Siti" lider "Liverpul"dan 16 xal geridə qalır.


Son xəbərlər