"Qərarlar həmişə "Barselona"nın lehinədir"

"Qərarlar həmişə "Barselona"nın lehinədir"
DÜNYA FUTBOLU 20 Yanvar 2020 / 16:48 3639
-  A +

"Qranadan"ın futbolçusu Dimitri Folke La Liqanın 20-ci turunda "Barselona" ilə  matçdan sonra (0:1) hakimlərdən şikayətlənib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən oyunda "Qranada"nın futbolçusu Cerman Sançes 69-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Folke isə komanda yoldaşı  üçün yanlış qərar verildiyini düşündüyünü bildirib. 26 yaşlı hücumçu “Nou Kamp”dakı görüşdə hakimlərin onlara qarşı haqsızlıq etdiklərini deyib: "Hər dəfə “Nou Kamp”a gələndə  eyni şeylər olur. Mübarizə aparırıq, amma qalib gəlməyimizə icazə vermirlər. Hər bir şübhəli qərar "Barselona"nın lehinə verilir. Bizim kimi komandalara gülüb, keçirlər və hamımız onların milyonları üçün oynayırıq".

Xatırladaq ki, "Barselona"   "Qranada" ilə matçda 76-ci dəqiqədə Lionel Messinin qolu ilə qalib gəlmişdi.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"