"Yeni baş məşqçi axtarmırıq" - Kamran Quliyev

"Yeni baş məşqçi axtarmırıq" -  Kamran Quliyev
ÖLKƏ FUTBOLU 20 Yanvar 2020 / 15:15 4622
-  A +

"10 gün bundan əvvəl Müşahidə Şurasının qərarı ictimaiyyətə çatdırılmışdı. Amma sonrakı gedişat bizim üçün bu addımı atmağa səbəb oldu”.

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev “CBC Sport”a açıqlamasında deyib.

Roberto Bordinin istefaya göndərilməsindən danışan klub rəhbəri italiyalı mütəxəssislə normal şəkildə vidalaşdıqlarını bildirib: “Vəziyyət ürəkaçan deyildi. Dostcasına ayrıldıq. Bordin tərəfdən heç bir şərt irəli sürülməyib. Təbii ki, biz hər şeyi izah etdik. Ona gələcək işində müvəffəqiyyətlər arzuladıq, təşəkkürümüzü bildirdik. Hesab edirəm ki, Bordinin dövrü "Neftçi"nin tarixinə, kitabına yazılacaq. Eyni zamanda, bizim təklif etdiyimiz bütün şərtlərə razılıq verdi və onunla vidalaşdıq".

K.Quliyev yeni baş məşqçi məsələsinə də toxunub: "Bizim güclü komandamız var. Füzuli müəllim də əlindən gələni edəcək, komandamızı daha yaxşı vəziyyətə gətirəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov bizim baş məşqçimizdir. Yeni çalışdırıcı axtarışında deyilik və komandanı mövsümün sonuna kimi o çalışdıracaq".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı