Podolski yenidən Türkiyə Superliqasında

Podolski yenidən Türkiyə Superliqasında
DÜNYA FUTBOLU 20 Yanvar 2020 / 11:20 5406
-  A +

Almaniya millisinin sabiq üzvü Lukas Podolski karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu Superliqa təmsilçisi "Antalyaspor"a keçib. Klubun mətbuat xidməti futbolçu ilə 1,5 illik müqavilə imzalandığını açıqayıb.

Qeyd edək ki, Podolski Türkiyədə “Qalatasaray”ın (2015-2017-ci illər aralığında) uğurları üçün çalışıb. “Köln”ün yetirməsi olan futbolçu, “Bavariya“, “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi klubların da formasını geyinib. Podolski Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord