Zlatandan daha bir rekord

Zlatandan daha bir rekord
XƏBƏR 19 Yanvar 2020 / 20:35 6325
-  A +

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç daha bir rekorda imza atıb.

Qol.az xəbər verir ki, isveçli hücumçu A Seriyasında ən tez 150 qələbə həddinə çatan futbolçu olub. Onun rekordu 20-ci turda bu gün “Udineze”yə qalib gəldikləri (3:2) matçda qeydə alınıb.

İbrahimoviç “İnter”in keçmiş futbolçusu Esteban Kambyassonun rekordunu yeniləyib. Argentinalı 230 matçda 150 qələbəyə sevinmişdisə, Zlatan 222-ci oyunda buna nail olub.

Qeyd edək ki, 38 yaşlı forvard “Milan”a qayıdışından sonra 3 oyuna 1 qol vurub.  O, 2010-2012-ci illərdə də “qırmızı-qaralar”da çıxış edib.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı