Messi Setyenə onu almağı tövsiyə etdi

Messi Setyenə onu almağı tövsiyə etdi
XƏBƏR 19 Yanvar 2020 / 12:19 10469
-  A +

"Barselona"nın kapitanı Lionel Messi "Mançester Yunayted"in futbolçusu Serxio Aqüeronun komandaya transfer olunmasını istəyir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o  baş məşqçi Kike Setyenlə üz-üzə görüşərək, argentinalı hücumçunu almağı tövsiyə edib. Messinin Aqüeronu  4 ay yaşıl meydanlardan uzaqda qalacağı dəqiqləşən Luis Suaresin əvəzedicisi kimi gördüyü bildirilib.

Qeyd edək ki, 2011-ci ildən İngiltərə təmsilçisinin formasını geyinən S.Aqüeronun klubu ilə 2021-ci ilədək müqaviləsi var. O, bu mövsüm Premyer Liqada 16 oyuna çıxaraq 13 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı