"Futbolçular verdiyim tapşırığı yerinə yetirdilər" - Ayxan Abbasov

"Futbolçular verdiyim tapşırığı yerinə yetirdilər" - Ayxan Abbasov
XƏBƏR 18 Yanvar 2020 / 19:00 1497
-  A +

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Politexnika” (İaşi) klubuna qarşı keçirdikləri yoxlama oyununu (1:1) şərh edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o, matçla bağlı deyib:
 
“Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladı ki, bu da məni razı saldı. Digər tərəfdən bu qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı yerinə yetirdilər. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oyun göstərməyə çalışacağıq".


Son xəbərlər