"Yunayted" "Liverpul"la oyuna ciddi itkilərlə çıxacaq

"Yunayted" "Liverpul"la oyuna ciddi itkilərlə çıxacaq
DÜNYA FUTBOLU 17 Yanvar 2020 / 18:07 4037
-  A +

İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted” oyuna itkilərlə çıxacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın üç futbolçusu – Skott Maktominey, Markos Roxo və bir müddət əvvəl əməliyyat olunan Pol Poqba bu vacib matçda forma geyinə bilməyəcək.

Zədəsini yeni sağaldan Erik Bayi və Luk Şounun “Liverpul”a qarşı çıxış edib-etməyəcəkləri məlum deyil.

Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu yanvarın 19-da keçiriləcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın