"Sevindirici haldır ki, qol buraxmadan qələbə qazandıq" - Zaur Həşimov

"Sevindirici haldır ki, qol buraxmadan qələbə qazandıq" -  Zaur Həşimov
ÖLKƏ FUTBOLU 16 Yanvar 2020 / 19:20 2703
-  A +

"Təlim-məşq toplanışlarında uşaqlar həmişə ağır yükləmələrlə oynayırlar. Planı buna uyğun qurmuşuq".
 
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Antalya toplanışı çərçivəsində Rumıniyanın "Sepsi" kubu ilə yoxlama matçından sonra deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 2:0 hesablı qələbəni şərh edib: "İlk sınaq matçında futbolçularımız hərəyə 45 dəqiqə oynadılar. Bəzisi 60-70 dəqiqə, bəzisi 2 hissə meydanda oldu. Bu dəfə bəzilərinə daha çox zaman verdik. Ümumi götürsək, oyun pis alınmadı. Topu özümüzdə saxlamağa çalışdırdıq. Buna qismən nail olduğumuzu söyləməliyəm. Ancaq sevindirici hal budur ki, qol buraxmadan qələbə qazandıq".

Daha çox


Son xəbərlər