"Barselona" Valverdeyə hörmətsizlik etdi" - Rivaldo

"Barselona" Valverdeyə hörmətsizlik etdi" -  Rivaldo
DÜNYA FUTBOLU 15 Yanvar 2020 / 18:26 5211
-  A +

"Barselona"nın sabiq hücumçusu Rivaldo komandanın baş məşqçisi Ernesto Valverdenin istefaya göndərilməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, braziliyalı veteran futbolçu "goal.com"a açıqlamasında deyib ki, "Barselona" ispaniyalı çalışdırıcını bu cür göndərməməli idi:

“Barselona”da baş məşqçi dəyişikliyi prosesi yaxşı olmadı. Onlar Valverdeyə qarşı hörmətsizlik etdilər. Baş məşqçi ilə davam edərkən yeni çalışdırıcı ilə danışıq aparmaq yaxşı hal deyil. Əlbəttə, futbol biznesdir, ancaq “Barselona” kimi klubun bu cür vəziyyətlərdə alternativ variantı olmalıdır".

Xatırladaq ki, Valverde 2.5 illik fəaliyyətdən sonra Kataloniya klubundan göndərilib. Onu bu vəzifədə 62 yaşlı Kike Setyen əvəzləyib.

Bizi Feysbukda da izləyin!

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord