Ramiz Məmmədov: «Simurq»u çətin rəqib saymıram»

XƏBƏR 20 Noyabr 2008 / 17:23 4335
-  A +

«Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədov bazar günü lider «Simurq»la «ev»də keçirəcəkləri oyunla bağlı Qol.Az saytına açıqlama verib. "Simurq"u çətin rəqib saymadığını söyləyən R.Məmmədov hər matça ciddi hazırlaşdıqlarını söyləyib: «Fərq etməz lider olsun, ya autsayder. Komandada hər şey qaydasındadı. Əhval- ruhiyyə yüksəkdi». R.Məmmədov rəqib komandanın baş məşqçisi Roman Pokoranın «Qəbələ»nin ot örtüyünü bəyənməməsinə ilə bağlı dediklərinə də toxunub: «Azərbaycanda "Xəzər-Lənkəran"ı çıxmaq şərtilə qalan bütün klubların stadionları heç də ideal vəziyyətdə deyil. «Simurq»a qalib gələcəyimizə inanıram. Ümumiyyətlə, biz istənilən rəqiblə bacara bilərik. Komandamda o gücü hiss edirəm".

Kəmalə İSMAYILOVA


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın