"Sabah" növbəti məşqə çıxdı - Video

"Sabah" növbəti məşqə çıxdı - Video
VİDEO 13 Yanvar 2020 / 22:32 1612
-  A +

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”, hazırlıqları davam etdirir.

Qol.az klubun rəsmi "Feysbuk" hesabına istinadən xəbər verir ki, komanda bu gün iki məşq keçib. Əvvəlcə səhər saatlarında fitnes zalında məşq edən futbolçular, daha sonra yaşıl meydanda toplu və fiziki təmrinləri yerinə yetiriblər. Axşam saatlarında komandanın daha bir məşqi olub. Günün son məşqində əsasən, taktiki təmrinlər yerinə yetirilib.

Xatırladaq ki, yanvarın 8-dən Antalyada təlim-məşq toplanışında olan “Sabah”, hazırlıq çərçivəsində növbəti yoxlama oyunu Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı keçirəcək. Görüş yanvarın 15-də keçiriləcək. Komanda toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” (0:2) klubu ilə üz-üzə gəlib.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın