Bir döyüşə 5 milyon mükafat alacaq

Bir döyüşə 5 milyon mükafat alacaq
VİDEO 11 Yanvar 2020 / 17:48 4139
-  A +

Sabiq UFC çempionu Konor Makqreqorun Donald Serrone ilə döyüşdən alacağı mükafat müəyyənləşib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki,irland döyüşçü bu döyüşdən təqribən 5 milyon dollar, onun rəqibi isə 2 milyon dollar qazanacaq.

Qeyd edək ki, K.Makqreqor UFC çempionluğu uğrunda Həbib Nurmaqomedova uduzduğu döyüşdən isə 3 milyon dollar qonarar almışdı.

Xatırladaq ki, Makreqor-Serrone döyüşü  yanvarın 18-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı