Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə futbolun, xüsusilədə uşaq futbolunun inkişafı məqsədilə rayonun futbol mütəxəssisləri, məşqçiləri ilə görüş keçirib.
Qol.az-ın xəbərinə görə, görüşdə çıxış edən Alimpaşa Məmmədov “Şəmkir” Futbol Klubunun küçdiyi şanlı tarixdən, qazandığı uğurlardan danışıb, futbolun Şəmkirdə çox sevildiyini, uşaqdan tutmuş böyüyə kimi hər kəsin futbolla nəfəs aldığını bildirib.
İcra başçısı bildirib ki, bu sevginin qarşılığında təməli möhkəm bir klub yaratmaq üçün diqqəti əvvəlcə uşaq futboluna yönəltmək lazımdır: “Çünki rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsi üçün bu, vacib şərtlərdəndir”.
Şəmkir rayon Gənclər İdman İdarəsinin rəisi Emin İsmayılov da idarənin nəznində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin futbol komandalarının uğurlarından danışıb, iştirak etdiyi çempionatlardakı çıxışlarından danışıb.
Daha sonra futbol ictimaiyyəti tərəfindən rayonda futbolun inkişaf etdirilməsi üçün konkret təkliflər səslənib, uşaq futbolunun yaradılması, futbol mütəxəssislərinin peşə hazırlığının artırılması və digər vacib problemlər barədə söhbət açılıb.
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen