Millimizin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasının 20-ci turunda "Rayo Valyekano" ilə səfər matçı yarımçıq dayandırılıb.
Qol.az xəbər verir ki, buna qonaq komandanın futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirləri və təhdidlərinə məruz qalması səbəb olub. İlk hissənin əvvəlində meydan sahiblərinin azarkeşləri ukraynalı hücumçunun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Onlar "Zozulya, sən nasistsən" deyə qışqırıblar. Baş verənlərə görə referi matçı bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan olunub ki, şüarlar dayandırılmasa, oyun dayandırılacaq.
Fasilədən sonra isə "Albasete" futbolçuları komanda yoldaşlarına dəstək əlaməti olaraq, ikinci hissəyə çıxmayıblar. La Liqanın razılığa ilə görüşün sonadək oynanılmayacağına qərar verilib.
Qeyd edək ki, oyuna start heyətdə daxil olmuş Eddi İsrafilov 45+4-cü dəqiqədə qırmızı vərəqə alıb.
"Qəbələ"də 300-cü oyun
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır