"Bu oyun çempionatdakılardan daha vacib idi" - Riçard Qadze

"Bu oyun çempionatdakılardan daha vacib idi" -  Riçard Qadze
ÖLKƏ FUTBOLU 15 Dekabr 2019 / 20:18 2886
-  A +

"Zirə"nin qanalı hücumçusu Riçard Qadze Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"lə  0:0 hesablı matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Çətin oyun oldu. Yaxşı ki, qol buraxmadıq. Cümə axşamı keçirəcəyimiz cavab görüşündə də doğma meydanda oynayıb, qol buraxmayacağıq. Bu matç çempionatdakı qarşılaşmalardan fərqli - yəni, daha vacib, ağır idi.

- 0:0 hesabı səfərdə oynayan komanda üçün sərfəli sayılmır. Çünki evdə  buraxacağınız 1 qol çətinlik yarada bilər. Sonra 2 qol vurmağınız lazım olacaq. Hesab "Zirə"ni qane etdi?

- Bizim üçün yaxşı nəticədir. Qapımızda top görmədik. İnanırıq ki, Zirədə qol vurub, qələbə qazanmağı bacaracağıq.

- Çox inamlı danışırsınız. Buna nə əsas verir? Bugünkü üstün oyun, yoxsa ümumi olaraq "Zirə"ni "Səbail"dən üstün görüb, növbəti mərhələ üçün favorit sayırsınız?

- "Səbail" çox yaxşı komandadır. Bir həftə öncə bizə 1:4 hesabı ilə uduzdular. Zirəyə gəlib, qələbə qazanmaq istəyəcəklər. Amma biz inanırıq ki, hər şey istədiyimiz kimi olacaq.

- "Zirə"yə gəlib, çox uğurlu başladınız. "Sabah"la matçda yaxşı çıxış etdiniz. "Qarabağ"a qol vurdunuz.  Son vaxtlar isə sanki formada deyisiniz. Bunu nə ilə əlaqələndirərsiniz?

- İlin axırında hamıda fiziki baxımdan çətinlik olur. Ona görə bəlkə formada deyiləm. Həm də 2 aydır ki, futbol oynamırdım, məşqsiz qalırdım. Amma inanmıram ki, gələn il hər şey yaşxı olacaq.

- Xulionun varlığında kölgəyə çəkilirsiniz. Amma hücumda tək olanda özünüzü daha yaxşı göstərirsiniz. Bununla razısınız?

- Mənim üçün Xulio ilə oynamağın heç bir problemi yoxdur. Zaur müəllim nə deyir, onu da edəcəyik.

- "Zirə" kuboku qazana bilərmi? Nə dərəcədə real görünür?

- Hər şey ola bilər. Biz qarşıdan gələn oyunlara köklənirik.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı