300-dən çox gimnast Bakıya gəlir

300-dən çox gimnast Bakıya gəlir
XƏBƏR 15 Dekabr 2019 / 12:10 1633
-  A +

Gələn il martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.

Qol.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 48-dir. Yarışda ümumilikdə 321 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir.

İştirak edəcək gimnastların adları isə yanvarın əvvəllərində açıqlanacaq. Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.


Son xəbərlər