ÇL-də oyun sayının artırılmasına qarşı çıxdı

ÇL-də oyun sayının artırılmasına qarşı çıxdı
DÜNYA FUTBOLU 15 Dekabr 2019 / 11:44 3927
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında oyunların sayının artırılmasına qarşıdır.

Qol.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, alman mütəxəssis bildirib ki, komandalar onsuz da indi də sıx qrafikdə oynayırlar.

“Mən mətbuatda oxudum ki, İngiltərənin top-klubları ÇL-də oyunların sayının artırılmasını istəyirlər. Mən bu ideyanı dəstəkləmirəm. Bu, ağılsız addımdır” – deyə Klopp bildirib.


Son xəbərlər