Mandzukiç Qətər klubuda?

Mandzukiç Qətər klubuda?
XƏBƏR 14 Dekabr 2019 / 16:25 2417
-  A +

"Yuventus"un futbolçusu Mario Mandzukiç karyerasını Qətərdə davam etdirə bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33  yaşlı hücumçu komandadan ayrılmaq qərarına gəlib. Buna səbəb futbolçuya şans verilməməsidir. Baş məşqçi Maurisio Sarri mövsümün əvvəlində UEFA-ya təqdim edilən iştirak ərizəsində də xorvatiyalı oyunçuya yer verməyib. Onunla Qətərin "Əl Rəyyan", "Əl Qafara", "Əl Duhail" klublarının maraqlandığı bildirilir.

Qeyd edək ki, M.Mandzukiç 2015-ci ildən Turin klubunun formasını geyinir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı