“Terimin nəyinə "İmperator" deyirlər, anlaya bilmirəm” – Fazil Mustafa

“Terimin nəyinə "İmperator" deyirlər, anlaya bilmirəm” – Fazil Mustafa
XƏBƏR 13 Dekabr 2019 / 19:20 5732
-  A +

Millət vəkili Fazil Mustafa “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi tənqid edib.

Qol.az xəbər verir ki, özünün Feysbuk səhifəsində o yazıb:

“Qalatasaray”lılar inciməsin, Fatih Terim adı olan yerdə heç vaxt bu komandanı izləmirəm. Onun nəyinə "İmperator" deyirlər, açığı hələ də anlaya bilmirəm. Futboldan anlayışım var, Fatih Terim keçici emosiyalar üzərində komanda qurmaqdan başqa düşüncəyə sahib deyil. Sistem komandası qura bilməyəcəyindən də əminəm. Dünən (srağagün – red.) "PSJ" niyəsə az qol atıb...Belə çıxır ki, "Real" "Qalatasaray"la daha faydalı məşq edib...”


Son xəbərlər