Şota Arveladze Bakıya niyə gəlib?

Şota Arveladze Bakıya niyə gəlib?
ÖLKƏ FUTBOLU 13 Dekabr 2019 / 19:05 5970
-  A +

Özbəkistanın “Paxtakor” klubunun baş məşqçisi Şota Arveladze Azərbaycanda səfərdə olub.

Qol.az xəbər verir ki, o, dünən Respublika stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla birgə Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Düdelanj” oyununu Skyboxdan izləyib. Matçı izləyənlər arasında Gürcüstan futbolunun daha bir əfsanəsi Aleksandr Çivadze, həmçinin AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov da olub.

Qeyri-rəsmi xəbərlərə görə, Şota Arveladze milli komandamızın baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır və səfərdə məqsəd federasiya ilə danışıqlar olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı