ABŞ-ın ən yaxşı futbolçusu odur

ABŞ-ın ən yaxşı futbolçusu odur
DÜNYA FUTBOLU 12 Dekabr 2019 / 22:25 3171
-  A +

ABŞ-da 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Kristian Pulişiç bu ada layiq görülüb.

Müqavilə ilə "Çelsi"yə məxsus olan  21 yaşlı futbolçu 38 faiz səslə birinci olub. Cordan Morris (“Sietl”) ikinci (35 faiz), Ueston Makkenni (“Şalke”) isə üçüncü (13 faiz) olub.

Qeyd edək ki, Pulişiç ikinci dəfədir Amerikada ilin ən yaxşısı seçilir. O, 2017-ci ildə də ən yaxşı futbolçu adına layiq görülmüşdü.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın