"Barselona"ya şöhrət dalınca gəlməmişəm" - Qrizmann

"Barselona"ya şöhrət dalınca gəlməmişəm" -  Qrizmann
DÜNYA FUTBOLU 12 Dekabr 2019 / 20:00 3067
-  A +

“Barselona”nın futbolçusu Antuan Qrizmann onu “Atletiko”dan Kataloniya klubuna keçidinə görə tənqid edən madridli azarkeşlərə cavab verib.

Qol.az xəbər verir ki, fransalı hücumçusu “Marca”ya açıqlamasında “Barselona”ya şöhrət dalınca gəlmədiyini deyib:

“Ateltiko”dan Çempionlar Liqasını və digər titulları qazanmaq üçün ayrılmamışam. Barselonaya yeni oyun üslubu, yeni fəlsəfə öyrənmək üçün köçmüşəm. “Atletiko” istənilən mövsüm Çempionlar Liqası və İspaniya La Liqasını qazana bilər”.

Qeyd edək ki, Qrizmann bu yay 120 milyon avro qarşılığında “Atletiko”dan “Barsa”ya keçib. O, cari mövsüm La Liqada 14 oyuna 5 qol vurub, 4 məhsuldar ötürmə edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord