"Qalatasaray" azarkeşlərinə hücum oldu - Türk bayrağı yandırıldı

"Qalatasaray" azarkeşlərinə hücum oldu - Türk bayrağı yandırıldı
XƏBƏR 12 Dekabr 2019 / 17:00 4868
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda Parisdə keçirilən PSJ - "Qalatasaray" oyunu öncəsi qalmaqal yaşanıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, aralarında PKK tərəfdarlarının da olduğu 150-200-ə yaxın üzü maskalı şəxslər qarşılaşmaya getmək üçün  Porte de Sen-Klu meydanında  toplaşan "Qalatasaray" azarkeşlərinə hücum edib və onların üzərinə məşəl atıb. Həmin şəxslərdən bəzisi PKK bayrağını açıb, türk bayrağını isə yandırıblar.

Bundan sonra "Qalatasaray" azarkeşləri onlara cavab verib. Fransa polisinin gec müdaxiləsi səbəbindən dava daha da böyüyüb. Dava zamanı yaralıların olduğu vurğulanıb. Ara sakitləşdikdən sonra "Cim-bom"lu azarkeşlər polislərin müşayiəti ilə stadiona gediblər.

Qeyd edək ki, PSJ - "Qalatasaray" görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Facebookda da izləyin!


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı