"Düdelanj"ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik" - Bertran Krasson

"Düdelanj"ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik" - Bertran Krasson
XƏBƏR 12 Dekabr 2019 / 13:04 1565
-  A +

"Düdelanj"ın baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la bugünkü səfər oyunu öncəsi növbəti açıqlama verib.

Qol.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, o, Ağdam təmsilçisi ilə ilk görüşdəki məğlubiyyəti xatırladıb. 48 yaşlı mütəxəssis həmin matçda Riçard Almeydanın onlara problem yaratdığını söyləyib. Baş məşqçi futbolçularının Ağdam təmsilçisinin yarımmüdafiəçiləri – Riçard Almeyda və Miçeli zərərsizləşdirməli olduğunu bildirib:

"İlk oyunda Riçard bizə çox problem yaratdı. Onun çıxışına müdaxilə edə bilmədik və bu, oyunun qırılma anı oldu. Bunun qarşısını almaq üçün taktiki cəhətdən tədbir görməmişdik. Bu gün meydana kimlərin çıxması önəmli deyil. Qürurlu oynamaq və "Düdelanj"ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın