"Birmingem"in baş məşqçisindən Beqoviç açıqlaması

"Birmingem"in baş məşqçisindən Beqoviç açıqlaması
XƏBƏR 12 Dekabr 2019 / 12:00 3847
-  A +

İngiltərə “Birmingem”inin baş məşqçisi Pep Klotet bu ayın sonu "Qarabağ"la müqaviləsi başa çatacaq qapıçı Asmir Beqoviçi transfer etmək istəmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, bu iddiaları təkzib edib. Hazırda sərəncamında 4 qapıçısı olan 42 yaşlı mütəxəssis yeni qolkiperə ehtiyac olmadığını söyləyib. “Beqoviçlə maraqlanmırıq” – deyə o bildirib.

Qeyd edək ki, Ağdam klubu ilə icarə müddəti dekabrın 31-i başa çatacaq Beqoviçlə İngiltərənin “Derbi”,  Hollandiyanın “PSV Eyndhoven” klublarının da maraqlandığı iddia olunur.  O, müqavilə ilə Premyer Liqa təmsilçisi “Bornmut”a məxsusdur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın