"Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verəcək

"Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verəcək
XƏBƏR 12 Dekabr 2019 / 11:17 2686
-  A +

"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la bugünkü oyuna baş məşqçisiz çıxacaq.

Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb komandanın çalışdırıcısı Bertran Krassonun sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Görüşü tribunadan izləməli olacaq belçikalı mütəxəssis matç zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək. O, komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək. Bildirilir ki, UEFA qaydalarına görə, baş məşqçinin telefonla əlaqə saxlamasına icazə verilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord