İsmayılın cəzası azaldıldı

İsmayılın cəzası azaldıldı
ÖLKƏ FUTBOLU 12 Dekabr 2019 / 10:42 2581
-  A +

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda “Qarabağ” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsi Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la qarşılaşmasında aqressiv davranışa yol verən “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimliyə 3 oyunluq cəza vermişdi. Apellyasiya Tribunalı  futbolçunun cəzasını 2 matça endirib.

Qeyd edək ki, "Sumqayıt"la görüşdən sonra "Qarabağ" Premyer Liqada daha 2 oyun keçirdiyindən, İsmayıl İbrahimlinin cəza müddəti başa çatıb.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord