"Qarabağ" qrup mərhələsini 3-cü pillədə başa vurdu - Avropa Liqası

"Qarabağ" qrup mərhələsini 3-cü pillədə başa vurdu - Avropa Liqası
ÖLKƏ FUTBOLU 12 Dekabr 2019 / 23:46 14100
-  A +

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxıb.

Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edib. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyıb. Matç 1 :1 hesabı ilə başa çatıb.

Beləliklə, "Qarabağ" qrup mərhələsini 5 xalla 3-cü pillədə başa vurub. "Düdelanj" isə 4 xalla sonuncu olub.


A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən  APOEL və "Sevilya" Kiprdə qarşılaşıb. Matç Nikosiya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.



12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1
Qollar:
Buqren, 63 (1:0), Qeye, 90+1 (1:1)
Qırmızı vərəqə: Qara Qarayev, 46 - ikinci sarı vərəqə ("Qarabağ")
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya) - 1:0
Qol:
Saviç, 61

 

1.

Sevilya

6

5

0

1

14:3

15

2.

APOEL 

6

3

1

2

10:8

10

3.

Qarabağ

6

1

2

3

8:11

5

4.

Düdelanj

6

1

1

4

8:18

4

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı